Qəzada ölən 6 nəfər Azərbaycan vətəndaşıdır - Hadisə yerindən kadrlar


11:27     06 Mart 2019 2019/03/dtp2_io_1551857423.jpg

Rusiyanın Stavropol diyarının Koçubeevski rayonunda “Mercedes Vito” markalı miniven “ZİL” markalı yük avtomobili ilə toqquşub.


Femida.az -ın “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə 6 Azərbaycan vətəndaşı ölüb, 5 nəfər isə xəsarət alıb.

4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.




Məlumata görə, hadisə səhər saat 5 radələrində baş verib. Minivenin içərisində 8 Azərbaycan vətəndaşı olub. Sərnişinlər Azərbaycandan Moskvaya gedirmiş.

Qəzanın səbəbləri araşdırılır.


Açar sözlər:

Oxunub: 963