Binədə küçə və yollar təmir edilir
13:04 06 Mart 2019
Xəzər rayonunun Binə qəsəbəsində ümumi sahəsi 160 min kv.m-dən çox olan küçə və yollarda təmir-tikinti işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az- verilən məlumata görə, ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluqları 2 km-ə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə anoloji işlərin uzunluqları 9 km-dən artıq olan Binə Südçülük sovxozu və “Binə aqro kompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2.5 km uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla enləri 6-7 metr təşkil edir.
Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür.
İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Femida.az
Oxunub: 485
Oxşar xəbərlər
- Binədə 58 yaşlı qadını avtomobil vurdu
- Binədə 26 yaşlı gənc ağır xəsarət alıb
- Binədəki yanğında zəhərlənərək xəstəxanaya çatdırılan şəxsdən xəbər var
- Binədəki yanğınla bağlı - Nazirlikdən açıqlama
- Binədə bıçaqlanma hadisəsi - Saxlanılan var
- Binədə oğurluq edən 3 nəfər tutuldu
- Binədəki qəzaya görə 2 nəfər həbs edilib - RƏSMİ
- Binədəki qəza Milli Məclisdə: Onlar məsuliyyətə cəlb olunmur
- Binədə qəzaya düşənlərin son vəziyyəti necədir? - Nazirlik açıqladı
- Binədəki qəza ilə bağlı AÇIQLAMA - "Ərazidə şlaqbaum olmayıb?"