Ağdama köçmək istəyən məcburi köçkünlərə SƏDRDƏN CAVAB


16:46     06 Mart 2019 19_03_06_1551876534.jpg


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib.

Femida.az xəbər verir ki, komitə sədri Report-a açıqlamasında könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikilicək mənzillərdə yerləşdiriləcəyini deyib.

R.Rzayevin bu təklifinə Bakının Nərimanov rayonundakı yataqxanada məskunlaşan Ağdamdan olan məcburi köçkün 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu yerindəcə münasibət bildirib və təklifi qəbul etdiyini söyləyib.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 503