Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır
09:44 18 Mart 2019
Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.
Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları əksini tapacaq.
Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.
Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.
Femida.az
Oxunub: 1564
Oxşar xəbərlər
- Ailə Məcəlləsinə dəyişikliklər təsdiqləndi - Övladlığagötürmə asanlaşdı
- Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
- Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
- Bu il Azərbaycanda 6 uşaq övladlığa verilib
- Övladlığa uşaq götürmə ilə bağlı yeni prosedur
- Azərbaycanda daha 9 uşaq övladlığa götürüldü
- Övladlığa verilən 414 uşaqla bağlı monitorinq aparıldı
- 28 əcnəbi Azərbaycandan övladlığa uşaq götürmək istəyir
- Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı YENİLİK
- Övladlığa götürülmüş uşaqdan imtina etmək olarmı? - HÜQUQ