Naftalanda 10 raket tapılıb
19:13 27 Mart 2019
Naftalan şəhərində 10 raket tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az- a verilən məlumata görə, martın 27-si saat 13:25-də Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis şöbəsindən Agentliyə həmin şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Naftalan şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Naftalan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 73 mm-lik PQ-9 raketi götürülüb, ətrafda aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 8 ədəd PQ-9 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 379
Oxşar xəbərlər
- Naftalanda avtomobil aşıb, ana və övladı xəsarət alıb
- Naftalanda parkda kişi meyiti aşkarlanıb
- Naftalanda gənc oğlan intihara cəhd edib
- Naftalanda 35 yaşlı kişi anafilaktik şok nəticəsində ölüb
- Naftalanda körpələr evi-uşaq bağçası istifadəyə verilib
- Naftalanda nişan mərasimi keçirənlər cərimələnib
- Naftalanda dəm qazından zəhərlənmə baş verib
- Naftalanda 5 ailə üzvünü itirən hərbçi - “Cəbhəyə dönəcəm”
- Naftalanda ağır qəza olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
- Naftalanda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb