Yenidən cinayət törətdi


14:41     01 Aprel 2019 publika.az1445323482hebs.jpg

Xətai RPİ 36-cı PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də rayon ərazisində “Tofaş” markalı avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 28-də rayon sakini R.Söhbətova məxsus “İveco” markalı avtomobildən 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 457