Cüdoçularımız Avropa kubokunun finalına çıxdı


21:03     06 Aprel 2019 cudocular.jpg

Azərbaycanın dörd cüdoçusu Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışlarında finala vəsiqə qazanıb.

Femida.az xəbər verir ki, yarışların birinci günündə İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (66 kq), Nahid İsmayılov (66 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, yarışda ölkəmizi 19 kişi və 8 qadın cüdoçu təmsil edir. Turnirdə 33 ölkədən 700-dən çox cüdoçu mübarizə aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 551