Ramin Hacılı azadlığa buraxıldı


16:18     09 Aprel 2019 ramin%20hacili.jpg

QHT rəhbəri Ramin Hacılı azadlığa buraxılıb.


Femida.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, QHT rəhbəri olan Ramin Hacılı 2018-ci il iyunun 4-də ölkədən qaçmaq istəyərkən saxlanılmış, ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq), eləcə də, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə ittiham irəli sürülmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 651