96 məhkəmə orqanı “ASAN ödəniş” sisteminə inteqrasiya edilib


16:22     12 Aprel 2019 19_04_12_1555071849.jpg


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İn-novasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.


Femida.az bildirir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanına uyğun olaraq Dövlət Agentliyinin Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sisteminə inteqrasiya edilib. Artıq vətəndaşlar məhkəməyə verilən iddia ərizəsi üçün müəyyən edilmiş dövlət rüsumlarını, vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələri üçün rüsumları, iddiaların predmetinə dair 3-cü şəxslərin işə qoşulması - Hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr üzrə rüsumlar və digər bu kimi ən çox edilən ödənişləri heç yerə getmədən, vaxta qənaət edərək kompüter arxasından həyata keçirmək imkanına malikdirlər.

Bakı şəhəri və rayon məhkəmələrinə, inzibati-iqtisadi, ağır cinayətlər, apellyasiya məhkəmələrinə, həmçinin Ali Məhkəməyə müraciətlər zamanı dövlət rüsumlarının ödənilməsinin çoxfunksiyalı “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi istiqamətində işlər müvəffəqiyyətlə başa çatdırılıb.

Femida.az

Açar sözlər: #ASAN_ödəniş  

Oxunub: 692