Vətəndaşlara 70 mindən çox ağac tingi paylanılıb
18:33 12 Aprel 2019
"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 mindən çox ağac tingi paylanılıb.
Femida.az bildirir ki, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün, yaxşı stimuldur:
"İlk dəfə ağac paylama aksiyası ötən ilin payızında təşkil olundu, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəklədi və fəal iştirakları ilə ağac əkilməsinin təşviqi istiqamətində Nazirlik tərəfindən başladılan yeni bir formanı təqdir etmiş oldu. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib.
Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək regionlarda əsasən meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil etdi ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq".
Femida.az
Oxunub: 613
Oxşar xəbərlər
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub
- Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
- Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Rusiyadan ekstradisiya olunub
- Vətəndaşlara 40 min manatadək ziyan vuran dəstə üzvləri saxlanılıb
- Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir
- Vətəndaşlara 60 min manatdan çox dələduzluq edən şəxsin məhkəməsi başlayır
- Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət
- Vətəndaşlara rəsmi çağırış: İrana getməyin!
- Vətəndaşlara sosial müavinət düzəltmək adı ilə aldadan şəxs saxlanıldı