400 kq yararsız ət aşkar edildi
10:32 18 Aprel 2019
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, növbəti belə tədbir aprelin 17-dƏ DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirilib.
Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid “Aqoniya” xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan, 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- İstehlaka yararsız ət və süd məhsulları məhv edilib
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Ağcabədidə 7 tona yaxın yararsız ət aşkar edildi
- Bərdədə istifadəyə yararsız ət aşkar edilib
- "Bu il 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb"
- Gəncədə 300 kq-a yaxın yararsız ət aşkarlanıb
- Bayramda 851 kq yararsız ətin satışının qarşısı alınıb
- Qubada 110 kq yararsız ət aşkarlanıb
- 100 kq yararsız ət aşkarlandı
- 375 kq yararsız ət aşkarlandı