75 yaşlı kişi özünü öldürdü


18:15     17 May 2015 ozunu%20asdi6.jpg

Şəkidə intihar hadisəsi qeydə alınıb.


Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Şəki şəhəri L. Talstoy küçəsi ev 3/1 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Fikrət Nux oğlu Qəhrəmanovun meyiti yaşadığı ünvanda asılmış halda yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə çağırılmış rayon hüquq-mühafizə orqan əməkdaşlarının araşdırması zamanı 75 yaşlı Fikrət Qəhrəmanovun intihar etdiyi müəyyən olunub.

Məlumata görə, F. Qəhrəmanov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 662