“Hay”qırım kimi tanınan "soyqırım" – ƏSL HƏQİQƏTLƏR


12:07     24 Aprel 2019 19_04_24_1556091431.jpg


I Dünya müharibəsi dövründə Anadoluda yaşayan və Osmanlı vətəndaşları olan ermənilər kənar dövlətlərin vədi və təhriki ilə Osmanlı İmperiyasına qarşı çıxmağa başladı.

Femida.az bildirir ki, hələ 1912-ci ildə Rusiyanın İstanbuldakı səfiri xarici işlər naziri S.D.Sazanova məktub göndərmişdi:

“Van, Bəyazid, Bitlis, Ərzurum və Trabzonda olan konsullarımız, bu şəhərlərdəki bütün ermənilər Rusiyanın tərəfindədir və ordumuzu gözləyirlər. Bütün ermənilər Türkiyəyə qarşı düşmən rəftar bəsləyir və Rusiyanın himayədarlığına güvənərək rusların buradakı torpaqları işğal etməsini gözləyirlər. Erməni patriarxı Rusiyanın Türkiyədəki erməni xalqını qurtarması üçün yalvarmaqdadır”.

Beləcə başlayan erməni üsyanları qruplar şəklində Şərqi Türkiyədə üsyanlara qalxdı. Osmanlı Dövləti 1915-ci il aprelin 15-də Vandakı ermənilərin etirazlarına qarşı dinc mövqe tutdu.

Vanda erməni qiyamı sürətlə davam edərkən, İstanbulda və digər bölgələrdə ermənilərin üsyan etdiyini, yol kəsdiyini, müsəlman kəndlərinə basqın edərək əhalini öldürməsi xəbərləri gəldi. Həmin vaxt Türkiyə ordusu müharibədə olduğundan bu hadisələrin qarşısını ala bilmədi. Ordu komandirlərindən Ənvər Paşa vəziyyəti düzəltməsi üçün 2 may 1915-ci ildə Daxili İşlər Nazirliyi Tələt Paşaya məktub göndərdi. Ermənilərin köçürülməsi ona tapşırıldı. Ənvər Paşa ermənilərin ya təhülkəsiz şəkildə Rusiyaya köçürülməsini, ya da Anadolunun müxtəlif bölgələrinə paylanmasını istəyirdi.



Türk əfəndiliyi: Vəhşiliyə qarşı humanistlik

İğtişaşların böyüməsindən ehtiyat edən hökumət ermənilərin həmin bölgələrdən köçürülməsi barədə qanun çıxarıldı. Bu qanunla ordunun və bölgə xalqının təhlükəsizliyi üçün onlar ölkənin təhlükəsiz əraziləri olan Suriya və İraq sərhədlərinə köçürülməli idilər.

Osmanlının ermənilərlə bağlı çıxardığı köçürülmə qərarında deyilirdi:

1. Ermənilər onlara ayrılan bölgələrə həyat və əmlak təhlükəsizliyi təmin edilməklə rahat şəkildə köçürüləcək.
2. Yeni evlərinə yerləşənə kimi xərcləri dövlət tərəfindən qarşılanacaq.
3. Əvvəlki əmlakına uyğun ev və torpaqlar veriləcək.
4. Ehtiyacı olanlar üçün hökumət tərəfindən yaşayış yerləri inşa olunacaq, əkinçilərə lazımı toxum və alətlər veriləcək.
5. Burada qoyduqları daşınar əmlak onların özlərinə çatdırılacaq. Daşınmaz əmlaklar satışa çıxarıldıqdan sonra pulları sahiblərinə ödəniləcək.
6. Bütün bu məsələlər xüsusi komissiyalar tərəfindən həyata keçirilir və nəzarət olunur.


Ermənilər Osmanlı qüvvələri ilə döyüşür (20 aprel, 1920-ci il)

Bununla belə…

Hər il 24 apreldə ermənilər soyqırım ildönümünü qeyd edirlər. Əslində isə bu soyqırım deyil. Osmanlı imperiyasını parçalamaq istəyən erməni komitələrinin Türkiyə şəhərlərindəki bağlandığı gündür. Belə ki, həmin komitələr silahlanır və onlara qoşulmayan ermənilərin özlərini belə öldürürdülər. Türklərin yaşadığı kəndlərdə qətllər törədirdilər. Ermənilərin onlara aid kütləvi qəbirlərin olduğunu iddia etdikləri yerlərdən biri Mardindir. Lakin Türk Tarix Cəmiyyətinin prezidenti Yusuf Halaçoğlu və İsveçli professor David Qaunt bölgəyə getdi. Aparılan araşdırmalar göstərdi ki, buradakı insan sümükləri ilə ermənilərin köç marşrutu arasında böyük məsafə var. Soyqırım etmək istəyənlər insanları təyin olunmuş marşrutlardan uzaqda öldürməz, elə həmin yerdə öldürüb basdırardı. Üstəlik həmin sümüklərdən götürülən örnəklər Avropada müstəqil mərkəzlərdə analiz edildi və onların 2000 il əvvələ aid olduğu üzə çıxdı.


Erməni iğtişaşlarından sonra xarabalığa çevrilən Van şəhərinin mərkəzi

Ermənilər arxivlərin açılmasından niyə qorxur?

Bu gün bir çox ölkələrdə, xüsusilə ABŞ-da erməni lobbisi seçkilər ərəfəsində mövcud hökumətlərə səs vermək üçün erməni soyqırımının tanınmasını şərt qoyurlar. Hazırda Amerika və Avropada tədris olunan bir çox kitablarda "Türklər 1,5 milyon ermənini qətl edib", "Türkiyə ermənilərə soyqırım edib" və "Türkiyənin şərqi erməni torpaqlarıdır" kimi böyük yalanlarla kiçik beyinlərə türk nifrəti yerləşdirilir.

Türkiyə isə bütün erməni lobbilərinin və bütün dövlətlərin bu iddialarına alnı açıq, başı dik, mərd bir şəkildə cavab verərək qarşısındakı erməniləri susdurmağı bacarır. Qardaş ölkə dəfələrlə Ermənistana təklif edib ki, hər iki dövlətin tarixçiləri, alimləri birlikdə komissiya yaradıb arxivləri açsın, araşdırsın. Soyqırım olub, ya yox qərar versin. Lakin Ermənistan arxivlər açılacağı təqdirdə həqiqətin üzə çıxacağından qorxaraq, heç vaxt bu təklifi qəbul etməyib.


Yusuf Halaçoğlu və David Qauntun araşdırmasından


Amin Nəzərli

Femida.az

Açar sözlər: #Türkiyə   #erməni   #soyqırım   #femida   #tarix   #osmanlı  

Oxunub: 2028