Paytaxtda daha bir yol bağlanır


11:33     26 Aprel 2019 2019/04/221427_1556264102.jpg

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.



"Azərbaycan Avtomobil Yolları" Dövlət Agnetliyindən Femida.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Femida.az

Açar sözlər: #Avtomobil   #Yol  

Oxunub: 315