Formula 2-nin sonuncu yarışı başladı - Gərgin mübarizə gözlənilir


13:18     28 Aprel 2019 formula%2015.jpg

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin son, 3-cü günündə Formula 2 üzrə ikinci yarışa start verilib.

Yarışda iştirak edən 20 pilot Bakı Şəhər Halqasında təxminən 45 dəqiqə ərzində 21 dövrə vurmalıdırlar.

Yarışda ən yaxşı adı uğrunda Luis Deletras, Nobuharu Matsuşita ("Carlin"), Nikita Mazepin, Nik de Vris ("Art Grand Prix"), Serxio Sette Kamara, Nikolas Latifi ("DAMS"), Quanyu Jou, Luka Qiotto ("Uni-Virtuosi"), Mik Şumaxer, Sean Qelael ("PREMA Racing"), Kallum İlott, Xuan Korrea ("Sauber"), Dorian Bokkolaççi, Cək Aitken ("Campos Racing"), Yordan Kinq, Manaveer Raqhunathan ("MP Motorsport"), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Culiano Alesi və Ralf Boşunq ("Trident") mübarizə aparır.

Qeyd edək ki, dünənki ilk yarışda ən yaxşı "Campos Racing" komandasından Cək Aitken olub. İkinci yeri "Art Grand Prix" komandasından Nik de Vris, üçüncü yeri isə "MP Motorsport"dan Yordan Kinq tutub.

İlk yarış həm də gərgin mübarizə, eləcə də təhlükəli qəzalarla yadda qalmışdı. Dünən start götürən 20 pilotdan yalnız 13-ü yarışı başa vura bilmişdi.

Bu nəticələrdən sonra Formula 2 çempionatında ümumi siyahıya 47 xalla "DAMS" komandasının kanadalı pilotu Nikolas Latifi başçılıq edir. İkinci yeri "UNI-Virtuosi"min italyan pilotu Luka Qiotto, üçüncü yeri isə "Campos Racing"in britaniyalı pilotu Cək Aitken tutur.

Ümumilikdə çempionatda Formula 2 pilotları arasında qalibin adına il ərzində hərəsində 2 yarış keçirilməklə 12 mərhələnin nəticələri əsasında aydınlıq gələcək.

Femida.az

Açar sözlər:

Oxunub: 465