Lukaşenko Qarabağa görə ATƏT-i tənqid etdi


17:26     29 Aprel 2019 2019/04/lukasenko1_1556544448.jpg

“ATƏT Avropadakı münaqişələrə göz yummamalı, üzv ölkələrin dövlət başçıları da təhlükəsizliklə bağlı mövcud problemləri müzakirə etmək üçün görüş keçirməlidirlər”.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT PA sədri Giorgi Tsereteli ilə görüşü zamanı bildirib.

Belarus prezidenti qeyd edib ki, həll ediləcək xeyli problemlər var: “Dağlıq Qarabağ, Transnistru, indi də Ukraynada çox ciddi münaqişə mövcuddur. Bu məsələlərə biganə olduğu üçün ATƏT-i çox vaxt tənqid edirəm, hərçənd bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir”.

Lukaşenko regiondakı problemləri müzakirə edib mövcud vəziyyətə çarə qılmaq üçün ATƏT-ə üzv olan ölkələrin dövlət başçıları arasında 1999-cu ildən sonra görüş keçirilmədiyini vurğulayıb.

Açar sözlər:

Oxunub: 514