Ramin Qurbanov "Elektron məhkəmə" sistemindən danışdı


11:32     30 Aprel 2019 2019/04/ramin-qurbanov_1556609734.jpg

Məhkəmə hüquq sistemində 2008-2018-ci illərdə əldə olunan əsas nəticələr və nailiyyətlərdən biri də "Elektron məhkəmə" sisteminin qurulmasıdır.


Femida.az xəbər verir ki, bunu Sabunçu Rayon Məhkəmə Kompleksində keçirilən brifinqdə Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov deyib.

O, Elektron məhkəmə və Elektron icra sisteminin qurulması əsas amilləri kimi aşağıdakıları qeyd edib:

-Müasir proqram təminatının hazırlanması
-Müvafiq qanunvericilik aktlarının mövcudluğu
-İstifadəçilərin fəallığı və təlimlərin keçirilməsi
-Dövlət qurumlarının elektron məlumat mübadiləsinə hazır olması və inteqrasiya
-Ölkə üzrə vahid şəbəkə infrastrukturunun qurulması.

"Kağızsız əməliyyatların çoxalması eyni zamanda hakimlərin və məhkəmə işçilərinin də iş yükünü azaldıb. Süni intellektin köməyi ilə bir çox yeniliklərə imza atılıb", - deyə Ramin Qurbanov qeyd edib.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəmə Kompleksində "Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı prespektivləri" mövzusunda tədbir keçirilir.

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 2535