Yardımlıda güzəştli şərtlərlə azot gübrəsi satılacaq


16:01     30 Aprel 2019 2019/04/gubre_1556625818.jpg

Sabah Yardımlı rayonunun Sırıq kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil ediləcək.


Femida.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, satış kənd inzibati ərazi nümayəndəliyinin binasında olacaq.

Satışdan bütün ətraf kəndlərin sakinləri yararlana, tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrə əldə edə bilərlər.

Ətraflı məlumat almaq üçün (050) 984-07-21 (Şahlar Əliyev, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrəli telefonla əlaqə saxlamaq olar.

Femida.az

Açar sözlər:

Oxunub: 542