Nərimanovda ağır yol qəzası - YARALILAR VAR


10:48     01 May 2019 qeza_yeni.jpg

Bakıda ağır yol qəzası qeydə alınıb.

Femida.az xəbər verir ki, Nərimanov rayonu R.Əliyev küçəsində saat 08 radələrində "Mercedes" və hələlik istintaqa məlum olmayan digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"də olan 61 yaşlı kişi və 49 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerindən yayınan sürücünün axtarışları aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 473