38 yaşlı qadın bıçaqlandı - Qazaxda


11:29     02 May 2019 2019/05/bicaq_qad_1556782260.jpg


Qazaxda 38 yaşlı qadın bıçaqlanıb.


Rayonun Birinci Şıxlı kənd sakini 38 yaşlı Elmira Tapdıq qızı Orucova boyun, kürək və bədənin digər nahiyələrindən çoxsaylı bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun mübahisə zəminində qonşusu 48 yaşlı Mürsəl Hüseynov tərəfindən bıçaqlandığı məlum olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qadın  

Oxunub: 550