Dərəyə yıxılan 66 yaşlı kişi öldü


14:05     18 May 2015 dereye%20yuvarlandi.png

Şəkidə 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Cuma kənd sakini, 1949-cu il təvəllüdlü İsa Zəkəriyyə oğlu Abbasovun meyiti Cuma kənd inzibati ərazisinin dağlıq hissəsində dərədə kənd sakinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 66 yaşlı İsa Abbasov ehtiyatsızlıqdan dərəyə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 718


Oxşar xəbərlər