Fransanın Azərbaycana satacağı raketin dağıdıcı gücü açıqlandı +VİDEO


00:09     05 May 2019 19_05_05_1557000685.jpg

Fransanın MBDA şirkətinin Azərbaycana ASTER 30 SAMP/T və VL Mika sistemləri satacağı barədə informasiya yayılıb.


Femida.az xəbər verir ki, yeni razılaşmanın zamanının yaxın zamanlarda elan ediləcəyi vurğulanıb. Maraqlı məqam bu sistemlərin hansı keyfiyyətlərə malik olmasıyla bağlıdır.

ASTER-30 raketi geniş spektrda hava hədəflərini məhv etmək gücünə sahibdir. O, daha çox gəmi əleyhinə hipersionik qanadlı raketlərin, yüksəksürətli təyyarələrin və ya raketlərin məhvi üçün nəzərdə tutulub. Belə ki, bu raketlər təyyarələri 3-100 kilometr, ballistik raketləri 3-35 kilometrdə məhv edə bilir. Səmada isə bu raketlər 25 kilometr hündürlükdəki bütün hədəfləri məhv etmək gücündədir.Qeyd edək ki, bu raketlərin hazırlanmasına 1982-ci ildə başlanılıb. 1998-ci ildə raket Fransa ordusunun arsenalına qəbul edilib.

Bu raketlər hazırda Fransa ilə bərabər Qətər, Yunanıstan, BƏƏ, Tayvan ordularının da arsenalında mövcuddur.
Daha ətraflı video məlumatı təqdim edirik:


Açar sözlər:

Oxunub: 1626