Qırğızıstanda zəlzələ olub


19:12     05 May 2019 zelze%20444.jpg


Qırğızıstanda 4,6 bal gücündə zəlzələ baş verib.

Femida.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 06:54-də qeydə alınan yeraltı təkanların episentri Karakol şəhərindən 65 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 453