Zabratda motosikletçi qəzaya səbəb oldu


09:12     07 May 2019 qeza_yeni.jpg

Gecə saatlarında Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən qəza zamanı 1 nəfər yaralanıb.

Femida.az oxu.az-a istinadən bildirir ki, 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi "VAZ 2106" markalı minik maşınına çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü yüngül bədən xəsarəti alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 423