Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb
17:12 09 May 2019
Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb.
Femida.az xəbər verir ki, nekroloqu prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Akif Əlizadə, Tahir Salahov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Fidan Qasımova, Xuraman Qasımova, Tofiq Bakıxanov, Rauf Abdullayev imzalayıblar.
Nekroloqda görkəmli bəstəkarın ölümü Azərbaycan mədəniyyətinin ağır itkisi kimi qeyd olunub:
"Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.
Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!".
Femida.az
Oxunub: 520
Oxşar xəbərlər
- Arif Quliyev vəfat edib
- Arif Quliyev EKMO cihaza qoşulub
- Arif Rəhimzadə YAP Veteranlar Şurasının sədri oldu
- Arif Alışanovun polkovnik qardaşı vəfat etdi
- Arif Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi
- Arif Hacılı yenidən Müsavat başqanlığına namizədliyini irəli sürüb
- Arif Babayev Türkiyədə müalicə olunur
- Arif Məlikovun xatirəsi anılıb
- Arif Məlikovun heykəli ucaldılacaq - SƏRƏNCAM
- Arif Paşayevin 85 yaşı oldu