Xalq yazıçıları arasında striptiz klub "davası"


12:12     15 May 2019 2019/05/anar-yazici_1557908452.jpg


Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən "Hot Room Club"da striptiz şou nümayiş etdirilir.

Femida.az Unikal.org-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

Çingiz Abdullayev açıqlamasında faktı dolayı yolla təsdiqləyib:

“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir. "Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.

Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 981