Misirdə saxlanılan azərbaycanlının məsələsi səfirliyin diqqətindədir
13:17 20 May 2019
"Azərbaycanın Qahirədəki səfirliyi Misirdə saxlanılan "Sea Shark" tankerinin ekipaj üzvü olan azərbaycanlının məsələsini diqqətdə saxlayır".
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycanın səfirliyi vətəndaşımızın qanuni hüquqlarını təmin etmək üçün Misir tərəfi ilə mütəmadi olaraq təmasdadır.
"Vətəndaşlarımızın hüquqlarının qorunması məsələsi həmişə diqqət mərkəzindədir", - XİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Misirdə saxlanılan "Sea Shark" tankerinin göyərtəsində 31 nəfər - 17 Ukrayna, 1 Azərbaycan vətəndaşı, eləcə də Filippin, Şri-Lanka və Hindistan vətəndaşları olub. Vəkillərin sözlərinə görə, Misir səlahiyyətlilərinin yaxın bir neçə gün ərzində ekipaj üzvlərini azad edəcəyi, amma ölkənin ərazi sularına qanunsuz girişə görə 56 milyon dollar məbləğində cərimə ödənilənə qədər yüklü tankeri saxlayacağı gözlənilir.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Misirdə ağır yol qəzasında 12 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb
- Misirdə kütləvi dava zamanı azı 10 nəfər öldürülüb, xəsarət alanlar var
- Misirdə avtobus aşıb: 20 nəfər ölüb, 3 nəfər yaralanıb
- Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb
- Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb
- Misirdə bina çöküb, xeyli sayda insan ölüb
- Misirdə qatar qəzası - 30 nəfər yaralandı
- Misirdə neft quyusu yanıb
- Misirdə ağır qəza: 10 nəfər ölüb
- Misirdə üçgünlük prezident seçkiləri başlayıb