Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlandı


16:46     29 May 2019 2019/02/telebe_teleb_1550218282.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.


Femida.az xəbər verir ki, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

Femida.az

Açar sözlər: #imtahan  

Oxunub: 609