Elxan Məmmədov komitə sədri seçildi


10:51     31 May 2019 2019/05/elxan_1559285725.jpg

Bakı şəhərində ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.

Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

Femida.az

Açar sözlər: #UEFA   #Komitə   #Sədr  

Oxunub: 408