Qadın sürücü qəza törətdi: yaralılar var


21:12     18 May 2015 526765.jpg

Siyəzən rayonunda minik avtomobili aşıb.


Hadisə Bakı-Quba Rusiya Federasiyası yolunun 119-cu km-də, Siyəzən rayon ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ağakişiyeva Mətanət Qədir qızının idarə etdiyi “Kia” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Axundova Günay Əkrəm qızı müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi müayinədən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir./apa/

Açar sözlər:

Oxunub: 885