Rektor tələbələri fəxri fərmanla təltif etdi


17:19     03 İyun 2019 2019/06/bn_1559568500.jpg

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsinin qalibi Bakı Mühəndislik Universitetinin tələbələrdən ibarət “Stockholmers” komandası olub.


Femida.az xəbər verir ki, 11 universitetdən 63 komandanın iştirak etdiyi müsabiqədə BMU-nun komandasının təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Komanda təşkilatçılar tərəfindən I yer üçün 5000 AZN pul mükafatına layiq görülüblər.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov qalib komandanın üzvləri, İqtisadiyyat və İdarəetmə fakültəsinin Biznesin idarəedilməsi ixtisasının tələbələri Eldar Nəbizadə, Dürdanə Nəzərli, Nigar Qulamova və Reyhan Şərifli ilə görüşüb. Tələbələrin uğurlarını yüksək qiymətləndirən professor Məmmədov onları Fəxri fərmanla təltif edib.

Görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə və İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Mayis Əzizov da iştirak edib.


Femida.az

Açar sözlər:

Oxunub: 442