Hindistanın hərbi təyyarəsi yoxa çıxıb


17:31     03 İyun 2019 2019/06/15595-1559566639_1559568894.jpg

Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus "An-32" təyyarəsi uçuş zamanı radarlardan itib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 5 sərnişin olub.

Təyyarə Hindistanın şimal-şərqində yerləşən Assam ştatındakı Corxat şəhərindən havaya qalxıb. Daha sonra radarlardan itərək təyyarə ilə əlaqə kəsilib. Axtarışlara "SU-30" qırıcısı və xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunan "C-130" təyyarəsi cəlb olunub.

Açar sözlər:

Oxunub: 381