Tehran səmasında uçuşlar qadağan olundu


18:26     04 İyun 2019 19_06_04_1559652568.jpg

İranın Tehran vilayətinin aeroportları bu gün 5 saat fəaliyyətini dayandıracaq.

Femida.az -ın Trendə istinadən məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının İctimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib.

R.Cəfərzadənin sözlərinə görə, Tehran səmasında 30 mil məsafədən istənilən yüksəkliklərdə bütün uçuşlar qadağandır.

Şöbə müdiri deyib ki, İran İslam Respublikasının banisi Ayətulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək tədbirə görə Tehran vilayətinin aeroportlarında uçuşlar yerli vaxtla saat 16:00-dan 21:00-dək ləğv edilib.

R.Cəfərzadə bunun bütün yerli və xarici şirkətlərə elan olunduğunu bildirib.

Təşkilat rəsmisi deyib ki, fövqəladə uçuşlar üçün Pəyam aeroportu nəzərdə tutulub.

Qeyd edək ki, İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni 1989-cu ilin 4 iyununda vəfat edib.

Açar sözlər:

Oxunub: 604