64 yaşlı kişi qonşusunu öldürdü


14:38     10 İyun 2019 bicaq5.jpg

İyunun 9-da Binəqədi qəsəbəsində yaşayan 66 yaşlı Vidadi Rəcəbovun bıçaqla qətlə yetirilən meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Binəqədi rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində qətli törətməkdə şübhəli bilinən V.Rəcəbovun qonşusu, 64 yaşlı İ.Mürsəlov saxlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 461