Yeddi evdən oğurluq edənlər tutuldu


20:29     12 İyun 2019 ogurluq.jpg

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisində “Priora” markalı avtomobilin 4 ədəd təkər üzlüyünü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun daha 3 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.

Bundan başqa Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 həyətyanı sahədən təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Liman şəhər sakinləri R.Muradlı və N.Alışzadə saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin mart-may ayları ərzində daha 2 həyətyanı sahədən məişət əşyaları və avtomobil üçün ehtiyat hissələri oğurlamaları da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 400