Heyvanların identifikasiyası ilə bağlı detallar açıqlanıb


17:36     13 İyun 2019 inek.jpg

"Yaxın 7 ildə Azərbaycanda heyvanların identifikasiyası proqramı həyata keçiriləcək"


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Proqramın detallarından söz açan AQTA rəhbəri bildirib: "Proqramın həyata keçirilməsi nəticəsində həmin heyvanların respublika ərazisinə idxalı, həmçinin doğulma anından ölümünə qədər keçirdiyi xəstəliklər, aldığı dərman peraparatları, vaksinləri və.s izləmək mümkün olacaq. Bu da bizə ölkə ərazisində heyvanların sağıamlığını təmin etməyə əsas verəcək. Heyvan sağlamlığı təmin olunduqdan sonra Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxarılması imkanları artacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 502