38 min əhalinin yol problemi həll olunur
21:07 19 İyun 2019
Masallı rayonunda 16 kilometrlik Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır. IV texniki dərəcəyə uyğun təkmilləşdirilən yolların eni 10 metrədək genişləndirilib. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Hazırda avtomobil yolu asfaltlanma işləri görülür, yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 100 min kvadratmetr sahəsini əhatə edir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə müxtəlif diametrlərə malik 11 suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı kilometrində yerləşən 46 poqonmetr uzunlyğunda olan avtomobil körpüsü təmir edilib.
Layihənin sonuncu mərhələsində yolboyu 15 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırlması nəzərdə tutulub.
Femida.az
Oxunub: 493
Oxşar xəbərlər
- 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
- 38 yaşlı kişi özünü asdı - SUMQAYITDA
- 38 prokurorluq əməkdaşı dövlət mükafatları ilə təltif edilib
- 38 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
- 388 obyektdə sanitar-epidemioloji tələblər pozulub
- 38766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
- 380 binanın dam örtüyü dəyişdirilir
- 38 dərəcə isti olacaq - Sabahın havası
- 38 yaşlı kişi boğazından bıçaqlandı
- 38 yaşlı qadın bıçaqlandı - Qazaxda