Bu paslı tapança 162 min avroya satıldı - Məşhur şəxsi öldürdüyü üçün


13:56     21 İyun 2019 19_06_21_1561110922.jpg


Məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun özünü öldürərkən istifadə etdiyi silah Parisdə satışa çıxarılıb. Femida.az xəbər verir ki, “Lefoşo” marka silah 162,5 min avroya satılıb. Auksion şirkəti silahı alan şəxsin kimliyini açıqlamayıb.


Pas içindəki kiçik tapança 1965-ci ildə Van Qoqun son günlərini keçirdiyi Paris kənarındakı bir kənddə yaşayan fermer tərəfindən tapılıb.

27 iyul 1890-cı ildə hollandiyalı rəssam məhz bu kəndin yaxınlığındakı sahəyə gələrək özünü sinəsindən vurmuşdu. Tapançanın gücü zəif olduğu üçün rəssam həmin ölməmiş, bir neçə gün sonra yaralı vəziyyətdə qaldıqdan sonra vəfat etmişdi.

Ölümündən 70 il sonra yyaşadığı qalanın arxasından paslı bir tapança tapılsa da, ekspertlər bunun Van Qoqun istifadə etdiyi silah olmadığını sübuta yetirdi.

Qeyd edək ki, auksiondan sonra Van Qoq İnstitutu “hörmət edilməli olan faciə ticariləşdirilir” şərhinin verərək satışı tənqid edib.

Amin

Femida.az

Açar sözlər: #Van_Qoq   #tapança   #silah   #intihar   ##tarix   #rəssam   #auksion  

Oxunub: 930