Xalq artistinin evindən oğurluq edən xadiməyə hökm oxundu
11:31 25 İyun 2019
Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Xalq artisti Əlibaba Məmmədov dəfn olunub
- Xalq artistinin qızına hökm oxunub
- Xalq artisti Ağakişi Kazımov vəfat edib
- Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib
- Xalq rəssamı Arif Qazıyev vəfat edib
- Xalq-iqtidar birliyinin zəfəri
- Xalq artisti Prezidentə təşəkkür edib
- Xalq artisti Səməd Səmədov vəfat edib
- Xalq şairi Musa Yaqub vəfat edib