Övlad götürmək istəyənlərin NƏZƏRİNƏ!- Yeni qaydalar müəyyənləşdi


15:38     04 İyul 2019 korpe-usaq-liderxeber-640.jpg

“Övladlığa uşaq götürmək üçün nikahda olan şəxslərdən birinin minimum yaş həddi 25 olmalıdır. Nikahda olmayan subay şəxslər üçün isə minimum yaş həddi 30-dur”.


Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, övladlığa götürülən uşaqla valideyn namizəd arasında minimum yaş fərqi 18, maksimum fərq isə 50 yaşdır: “Yəni övladlığa uşaq götürmək istəyən şəxs özündən maksimum 50 yaş balaca olan uşağı övladlığa götürə bilər. Eləcə də nikahda olma müddəti ilə bağlı tələblər var. Azərbaycan vətəndaşlarının nikahda olma müddəti minimum 3 ildir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nikahda olma müddəti isə 5 il müəyyənləşdirilib. Yaş həddi ilə bağlı tələblərdə müəyyən istisnalar var. Məsələn, yaxın qohumlar, eləcə də məhkəmə tərəfindən üzrlü hesab edilən digər hallarda yaş tələbi azaldıla bilər”.

F.Ələkbərov bildirib ki, övladlıq götürmək üçün təkcə nikahda olanlar deyil, tək şəxslər də müraciət edə bilərlər: “Azərbaycan vətəndaşı olan, 30 yaşa çatmış şəxslər övladlığa uşaq götürə bilərlər. Təbii ki, əgər onlar övladlığa götürmə ilə bağlı tələblərə cavab verirlərsə. Lakin əcnəbilərlə bağlı yalnız nikahda olan şəxslər övladlığa götürə bilərlər. Nikahda olmayan subay əcnəbilərə övladlığa götürməyə icazə verilmir”.

Açar sözlər:

Oxunub: 526