Qadına işgəncə verən şəxsə daha bir cinayət işi açılıb


11:35     08 İyul 2019 1398947325_mehkeme3.jpg

Qadına işgəncə verməkdə, zorlamaqda, seksual xarakterli hərəkətlər etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Leysan Səmədliyə yeni cinayət işi açılıb.

Femida.az -ın məlumatına görə, Leysan Səmədli bu dəfə Cinayət Məcəlləsinin 317-2.1- ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham olunur.

Onun barəsində toplanan cinayət işinin materialları başa çataraq baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Leysan Səmədlinin cinayət işi üzrə zərərçəkən tanışı Əsmər Verdiyeva tanınıb.

Leysan Səmədli Cinayət Məcəlləsinin 133.2.1-ci (ki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə işgəncə vermə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən işgəncə vermə), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə, Səbuhi Əsədov və Ceyhun Həsənov isə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 144.2.3-cü maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leysan Səmədli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 573