Qardaşını lomla öldürən 50 yaşlı qəssab: “Məni bezdirdi” +VİDEO


12:01     08 İyul 2019 19_07_08_1562573070.jpg

Femida.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə məhkum Zahir Əsədovun həyat hekayəsindən danışılıb.

Zahir Əsədov - Cəzası 10 il: "Ev alınmışdı. Həmin ev ət dükanı oldu. Qardaşımın adına alınmışdı. 4 il keçdikdən sonra hər gün bir haqq-hesab yaşanırdı. 4 ildən sonra qardaşım 1 ay vaxt qoydu və dedi ki, dükanı bağla, buradan köç. Əlində bir ağac səhər-səhər gəlib məni qolumdan vurdu. Mən də dəmiri götürüb başına vurdum və faciə baş verdi. Tez polis şöbəsinə getdim, mənə inanmadılar. Dedim ki, qolumu vurub, görün nə abıra salıb, mən də lomnan başına vurdum. Polislər hadisə yerinə getdib baxandan sonra məni saxladılar.

Bölməyə aparanda mənə dedilər ki, yolda keçinib. Məndə günah yoxdur, bir də ayıldım ki, bu iş belə alınıb. Mənim döyülməli vaxtım idi? Xəstə adamam, 2 uşağım var, bu dəqiqə də nə gündəyəm. Demirəm ki, öldürməmişəm, dəmirlə başına vurub çıxıb getdim. Bezdirdi məni. 50 yaşımda tutulmuşam, mənim heç kimlə işim olmayıb. 2 uşağım var. Əl çəkmirdi, məni vururdu, uşağı vururdu. Qardaşımla həmişə bir çarpayıda yatardıq. Arzum odur ki, buradan çıxım və Qarabağ torpağına, atamın qəbri olan yerə qayıdım".


Açar sözlər: #video   #qətl  

Oxunub: 1094