İşdən çıxarılan 77 nəfər işlərinə bərpa olunub


13:01     16 İyul 2019 19_07_16_1563267735.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən Femida.az-a bildirilib ki, Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər əvvəlki işlərinə bərpa olunublar.

Vətəndaşların bir qisminin Xidmətə müraciətlərində isə onlara sosial xarakterli ödənişlərin verilməsinin gecikdirildiyi ifadə olunub.

Bununla əlaqədar görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən ümumilikdə 51,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edilib.

Həmin məbləğin 93,1 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Açar sözlər: #sosial  

Oxunub: 3187