Zabratda vurulan piyada öldü


14:25     16 İyul 2019 piyada2.jpg

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, qəza iyulun 15-də saat 1 radələrində qeydə alınıb.

Bakı şəhər sakini E.İsrafilzadə idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramiz Şərbətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 428