Vətəndaşlara 8 milyon manat "atan" dələduz - Ukraynada saxlanıldı
13:42 18 İyul 2019
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.
Femida.az-ın məlumatına görə, "İnterpol" xətti ilə axtarışda olan 1965-ci il təvəllüdlü Nəsibov Məzahir Dursun oğlu Ukrayna ərazisində tutulub.
O, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
M.Nəsibovun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.
O, 100-dən çox şəxsə qarşı 8 milyon manatlıq dələduzluq edib. Belə ki, M.Nəsibov Nərimanov rayonu, F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binada bir qrup vətəndaşa mənzil satmaq adı ilə onlardan pul alıb. Amma bina gözdən əlillər üçün inşa olunduğuna görə vədinə əməl edə bilməyib və vətəndaşları aldadıb.
Femida.az
Oxunub: 593
Oxşar xəbərlər
- Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərib
- İnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıb
- İnterpol Malinin keçmiş prezidentinin oğlunu axtarışa verdi
- Azərbaycanın İnterpol axtarışına verdiyi şəxs Gürcüstanda tutuldu
- Rusiya qətldə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib
- İran Süleymaninin ölümünə görə 48 nəfəri İnterpola verdi
- Azərbaycan iki erməni komandiri İnterpol axtarışına verdi
- Rusiya Azərbaycan əsilli qadını İnterpol xətti ilə axtarır
- Azərbaycanın “İnterpol” axtarışına verdiyi şəxs Rusiyada saxlanıldı
- Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi əcnəbi Almaniyada saxlanıldı