Xalası qızını öldürən şəxs 17 il azadlıqdan məhrum edilib
18:55 20 İyul 2019
Hacıqabulda xalası qızını öldürməkdə təqsirləndirilən Ayəddin İsmayılzadənin məhkəmə prosesi başa çatıb.
Femida.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən A. İsmayılzadə 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Hacıqabulda baş verib. A. İsmayılzadə sevgi münasibətlərində olduğu xalası qızı Məlikli Rəvanə Məlikağa qızının gizli olaraq başqa şəxslə telefonla danışdığı, ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürüb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Xalası qızını aldadan qadının işi məhkəməyə göndərilib
- Xalası oğlunu öldürən şəxsin məhkəməsi başlayır
- Xalası oğlu üçün həbsxanaya "telefon" keçirmək istədi - TUTULDU
- Xalası oğlunu öldürən şəxs saxlanıldı
- Xalasının ərini öldürüb meşədə gizlətdi - Məhkəmə olacaq
- Xalasının ərini yumruqla öldürən "Kürd Vüqar" apellyasiya şikayəti verib
- Xalasının ərini öldürən şəxsin məhkəməsi başlayıb
- Xalası qızının boğazını kəsib, bıçağı sinəsinə sancdı - Azərbaycanda dəhşət
- Xalası oğlu ilə nişanlı olan qız özünü öldürdü - YENİLƏNİB
- Xalası oğlunu bıçaqladı