Sahibkarlara seminar keçirilib


20:32     20 İyul 2019 2019/07/148A3E7B-247B-4CDB-A567-2BBD2C2C079C_1563640400.jpeg

İyulun 19-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçirilib.

Agentlikdən Femida.az-a verilən məlumata görə, seminarda sahibkarlar biznes ideyaların gerçəkləşdirilməsi, marketinq strategiyasının qurulması, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə olunması və mövcud biznesin inkişaf etdirilməsinin digər üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün belə maarifləndirici tədbirlər davam etdiriləcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 584