İstifadəyə yararsız 205 kq ət aşkarlanıb


19:07     24 İyul 2019 2019/05/at_eti_1557757311.jpg

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, növbəti belə tədbir iyulun 23-də nazirliyin əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Qaradağ rayonu ərazisində keçirilib.

Xocavənd rayon sakini V.Abdullayevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış zamanı salondan və yük yerindən çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 205 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 540