"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeni tarixi açıqlandı


11:00     26 İyul 2019 formula_1_grand_prix-1510047.jpg


Gələn il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunda keçiriləcək.


Femida.az-ın məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

"Hələ "Formula 1"in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla, bu yarışın 2020-ci il iyunun 5 - 7-də keçirilməsi təsdiqlənəcək", nazir bildirib.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib.

Femida.az

Açar sözlər: #formula  

Oxunub: 391