Qəzaya uğrayan yük gəmisi ilə bağlı FHN-dən açıqlama


16:10     26 İyul 2019 fhn74.jpg

Fövqəladə Hallar Nazirliyi (FHN) İranın yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb.

FHN-dən Femida.az-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 592